ABŞ Federal Ehtiyat Sisteminin (FED) oktyabr iclasından sonra faiz dərəcələrinin gələcəkdə artırıla biləcəyi ilə bağlı gözləntilərin güclənməsi Bitcoinin qiymətinə təzyiq göstərib. ABŞ və Asiya texnologiya şirkətlərinin ziddiyyətli rüblük maliyyə nəticələri də investorların əhval-ruhiyyəsinə mənfi təsir edib.
Nəticədə, Bitcoinlə yanaşı, ümumi kriptovalyuta bazarında da geriləmə qeydə alınıb.
Kapitalizasiyasına görə dünyanın ən böyük kriptovalyutası olan Bitcoin Bakı vaxtı ilə saat 10:14-ə olan məlumata görə, 0,9% ucuzlaşaraq 80 133,1 dollar səviyyəsinə enib.
Kriptovalyuta bazarında tərəddüdlər “Google”un ana şirkəti “Alphabet Inc.” və yaddaş çipləri istehsalçısı “Samsung Electronics Co. Ltd.”nin üçüncü rüb üzrə maliyyə hesabatlarını açıqlamasından sonra güclənib. Hesabatların dərcindən sonra hər iki şirkətin səhmlərində kəskin eniş baş verib və mənfi əhval-ruhiyyə daha geniş bazara da yayılıb.
Kriptovalyuta sektoru texnologiya şirkətlərinin səhmlərinin dinamikası ilə sıx əlaqəli olduğundan, bu şirkətlərin maliyyə nəticələrinə investorların reaksiyası rəqəmsal aktivlər bazarında da təzyiq yaradıb.
MONETAR.AZ