İqtisadi artım proqnozu yüksəldildi – gələn il 2,3 faiz gözlənilir

İqtisadi artım proqnozu yüksəldildi –

Bu il Azərbaycanda iqtisadi artımın 1,3%, 2027-ci ildə isə 2,3% olacağı proqnozlaşdırılır.

Monetar.az  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, qeyri-neft-qaz sektorunda iqtisadi artımın bu il 2,8%, gələn il isə 4,3% təşkil edəcəyi gözlənilir.

AMB sədri qeyd edib ki, 2026-cı ilin ilk 9 ayında Azərbaycanda iqtisadi artım 1,5% olub. Sentyabr ayının göstəricilərinə əsasən, qeyri-neft-qaz ÜDM-in artımı isə 2,6% təşkil edib.

T.Kazımovun sözlərinə görə, qeyri-neft-qaz sektorunun artımını dəstəkləyən əsas sahələr turizm, ticarət, rabitə və digər sektorlardır.

O bildirib ki, Mərkəzi Bankın iqtisadi artımla bağlı proqnozları nikbindir və xüsusilə cari il üzrə gözləntilər yuxarı istiqamətdə yenilənib.