2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artıb.
Monetar.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın 2026-cı il üzrə oktyabr sayında bildirilib.
Məlumata görə, hesabat dövründə sözügedən məhsulların ixracında 136,8% artım qeydə alınıb.
Eyni zamanda, alüminium və ondan hazırlanan məmulatların ixracı 41%, qara metallardan hazırlanan məmulatların ixracı 32,2%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,6% artıb.
Bundan başqa, mis və ondan hazırlanan məmulatların ixracında 21,7%, pambıqda 16,6%, qəhvə və çayda 13%, meyvələrdə 12,5%, tərəvəzlərdə isə 9,4% artım qeydə alınıb.
Qeyd edək ki, 2026-cı ilin ilk doqquz ayında Azərbaycanın qeyri-neft ixracı, qeyri-monetar qızıl istisna olmaqla, illik müqayisədə 20,5% artaraq 3,2 milyard ABŞ dollarına çatıb.