Göygöl rayonuna yağan güclü yağış torpaq uçqununa səbəb olub, yolda çətinlik yaradıb.
Monetar.az "Report"a istinadla xəbər verir ki, rayonun Aşıqlı kəndində torpağın bir hissəsi yola uçub, iri ağac əraziyə aşıb.
Nəticədə Gəncə-Göygöl-Kəlbəcər yolunda qismən problemlər yaranıb.
Hazırda bu istiqamətdə tədbirlər görülür.