Qlobal enerji bazarında xam neft ticarət axınları v ildə də əsasən bir neçə iri istehsal və istehlak mərkəzi arasında formalaşıb. Məlumatlara görə, dünya üzrə ən böyük ixrac bölgələri enerji tələbatının sürətlə artdığı Asiya bazarlarını əsas istiqamət kimi seçib.
Ən böyük ixrac regionu Fars körfəzi olub. 2025-ci ildə bu region gündəlik 16,4 milyon barrel xam neft ixrac edib.
İxracın böyük hissəsi Asiya ölkələrinə yönəlib. Xüsusilə Çin Fars körfəzindən gündə 5,1 milyon barrel neft idxal edərək ən böyük alıcı kimi çıxış edib.
Bundan əlavə, Hindistan və Yaponiya və Cənubi Koreya da körfəz neftinə yüksək tələbat göstərən əsas bazarlar arasında yer alıb.
Məlumatlar göstərir ki, dünya üzrə xam neft axınlarının böyük hissəsi artıq Asiyaya yönəlib. Çin təkcə Fars körfəzindən deyil, həm də MDB və Afrika regionlarından böyük həcmdə neft idxal edir.
Hindistanın enerji idxalı da son illərdə artaraq Rusiya neftinin Asiyaya yönəlməsi fonunda daha da güclənib.
Şimali Amerika həm ixrac, həm də idxal edən region kimi fərqlənir. Region 2025-ci ildə 9,2 milyon barrel neft ixrac etsə də, eyni zamanda təxminən 7 milyon barrel idxal edib.
Bu vəziyyət Şimali Amerikada neft bazarının daha çox inteqrasiya olunmuş və emal tələblərinə uyğun müxtəlif növ xam neft axınlarına əsaslandığını göstərir.
MDB ölkələri, Afrika və Cənubi və Mərkəzi Amerika də qlobal bazarda mühüm ixracatçılar kimi çıxış edir. Lakin onların ümumi həcmi Fars körfəzi ilə müqayisədə daha aşağıdır.
Analitiklərin fikrincə, qlobal neft ticarətində əsas güc mərkəzi artıq Asiyaya doğru sürüşüb. Fars körfəzi isə dünya enerji sisteminin ən vacib təchizatçısı olaraq mövqeyini qoruyur.
MONETAR.AZ