ABŞ-da açıqlanan son İstehlak Qiymətləri İndeksi (CPI) məlumatları 2026-cı ildə qiymət artımının əsasən enerji və nəqliyyat sahəsində cəmləşdiyini göstərir.
Ən yüksək bahalaşma istilik yanacağı bazarında qeydə alınıb. mazut (istilik yanacağı) qiymətləri ilin əvvəlindən 45,1 faiz artıb.
Bununla yanaşı, benzin qiymətləri də 39,8 faiz bahalaşıb. Ekspertlər bu artımı xam neft qiymətlərindəki yüksəliş və enerji bazarındakı qeyri-sabitliklə izah edirlər.
Turizm və nəqliyyat sektorunda da ciddi qiymət artımları müşahidə olunur. avia biletləri 21,6 faiz, otel qiymətləri isə 19,3 faiz bahalaşıb.
Bundan əlavə, ictimai nəqliyyat xərcləri də 13,5 faiz artaraq gündəlik xərclərə təzyiq göstərib.
Qida bazarında isə qiymət dəyişiklikləri qeyri-bərabər xarakter daşıyır. pomidor qiymətləri 31,1 faiz artaraq ən çox bahalaşan məhsullar sırasında yer alıb.
Ümumilikdə tərəvəzlər üzrə qiymətlər 7,1 faiz, qəhvə isə 5,3 faiz yüksəlib.
Eyni zamanda bəzi məhsullarda ucuzlaşma da qeydə alınıb. Məsələn, yumurta qiymətləri 10,9 faiz, toyuq və pendir isə 1 faiz ucuzlaşıb.
2026-cı ildə inflyasiya əsasən enerji bazarından qaynaqlanır. Lakin bu təsir nəqliyyat, logistika və ərzaq bazarına da yayılaraq ümumi qiymət artımını gücləndirir.
MONETAR.AZ