SIPRI Military Expenditure Database (2025) hesabatı ölkələrin müdafiə xərclərinin ÜDM-ə nisbətinə görə ən “hərbiləşmiş” iqtisadiyyatları ortaya qoyub. Məlumatlara əsasən, bəzi ölkələrdə hərbi xərclər iqtisadiyyatın böyük hissəsini təşkil edir.
Ən yüksək göstərici Ukrayna-da qeydə alınıb. Ölkənin hərbi xərcləri 2025-ci ildə ÜDM-in 39,6 faizinə çatıb.
Bu göstərici Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsi fonunda yaranan müdafiə ehtiyacları ilə əlaqələndirilir.
Siyahıda yüksək yerləri əsasən Yaxın Şərq və Şimali Afrika ölkələri tutur.
Əlcəzair, İsrail, Səudiyyə Ərəbistanı, Oman və Küveyt kimi ölkələr ÜDM-in 4-9 faizini hərbi sahəyə yönəldir.
Bu ölkələrdə həm enerji gəlirləri, həm də regional təhlükəsizlik riskləri müdafiə xərclərinin yüksək qalmasına səbəb olur.
Azərbaycan da yüksək hərbi xərclərə malik ölkələr sırasındadır və ÜDM-in təxminən 6,5 faizi müdafiə sektoruna yönəldilir. Ermənistanda bu göstərici 6,1 faizdir.
Polşa ÜDM-in 4,5 faizini hərbi xərclərə ayırır. Baltikyanı ölkələr – Latviya və Estoniya da siyahının yuxarı sıralarındadır.
ABŞ kimi böyük iqtisadiyyatlar ümumi hərbi xərclərin həcminə görə lider olsa da, ÜDM nisbətində daha aşağı göstəriciyə malikdir.
Mütəxəssislərin fikrincə, yüksək hərbi xərclər əsasən regional münaqişələr və geosiyasi risklərlə
MONETAR.AZ