Macarıstan iqtisadiyyatı canlanır: birinci rübdə ÜDM artımı sürətlənib

Macarıstan iqtisadiyyatı canlanır: birinci rübdə

Macarıstan Mərkəzi Statistika İdarəsinin (KSH) açıqladığı yekun rəsmi hesablama hesabatına əsasən, ölkə iqtisadiyyatı 2026-cı ilin birinci rübündə (yanvar-mart) gözlənilən artım tempini qoruyub. Təqdim olunan yekun rəqəmlər daha əvvəl elan edilmiş ilkin proqnozları tamamilə təsdiqləyib.

Bu göstəricilər Macarıstan iqtisadiyyatının 2025-ci ilin son rübündə qeydə alınan durğunluq və zəif artım dinamikasından uğurla çıxdığına işarə edir.

İqtisadiyyatın fərqli müqayisə metodologiyalarına görə artım tempinin necə sürətləndiyini aşağıdakı cədvəldən aydın görmək mümkündür.

Təqvim təsirləri nəzərə alınmaqla hesablanan göstəriciyə görə də Macarıstan iqtisadiyyatı birinci rübdə illik ifadədə 1,7% artıb. Bu göstərici əvvəlki rübdə 0,6% təşkil etmişdi.

Mövsümi və təqvim düzəlişləri tətbiq edildikdən sonra isə ölkənin ÜDM-i rüblük müqayisədə 0,8% yüksəlib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin son rübündə rüblük artım cəmi 0,2% olmuşdu.

 2025-ci ilin son rüblərində Avropa İttifaqındakı ümumi iqtisadi zəiflik Macarıstana da mənfi təsir edirdi. Lakin yeni ilin ilk rübündə qeydə alınan 1.7%-lik artım iqtisadiyyatın yenidən böyümə trayektoriyasına qayıtdığını göstərir. Mövsümi və təqvim düzəlişləri edildikdən sonra ÜDM-in rüblük bazada (əvvəlki 3 aya nisbətən) 0.8% artması daxili istehlakın, ticarətin və bəzi sənaye sahələrinin ilin əvvəlində kifayət qədər dinamik fəaliyyət göstərdiyini sübut edir.

Analitiklər qeyd edirlər ki, birinci rübün uğurlu nəticələri Macarıstan hökumətinin 2026-cı il üçün hədəflədiyi ümumi iqtisadi sabitlik və inflyasiyanın cilovlanması planlarına müsbət töhfə verəcək.

MONETAR.AZ