Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2026-cı ilin ikinci rübündə qızıl satışı həyata keçirməyib.
Fondun açıqladığı ikinci rüb üzrə investisiya hesabatına əsasən, 1 iyul 2026-cı il tarixinə ARDNF-in qızıl ehtiyatları 178,1 ton təşkil edib və əvvəlki rüblə müqayisədə dəyişməyib.
Xatırladaq ki, ARDNF cari ilin birinci rübündə investisiya portfelinin yenidən balanslaşdırılması (rebalanslaşdırma) məqsədilə 22 ton qızıl satmışdı. İkinci rübdə isə fond tərəfindən qızıl satışı üzrə heç bir əməliyyat aparılmayıb.
Hesabata görə, 1 iyul vəziyyətinə qızıl ARDNF-in investisiya portfelinin 31,4 faizini təşkil edib. Bu göstərici 1 aprel tarixi ilə müqayisədə 4,2 faiz bəndi azalıb. Fondun qızıl portfelinin bazar dəyəri isə 22,8 milyard ABŞ dolları olub.
ARDNF bildirir ki, ikinci rübdə qlobal maliyyə bazarlarında müşahidə olunan dəyişikliklər investisiya nəticələrinə təsir göstərib. Hesabata əsasən, rübün əvvəlində ABŞ və İran arasında geosiyasi gərginlik fonunda qızılın qiyməti dolların zəifləməsinin təsiri ilə yüksəlsə da, sonradan real faiz dərəcələrinin artması qiymətlərdə geriləməyə səbəb olub.
Fondun qiymətləndirməsinə görə, ikinci rübdə digər maliyyə alətləri müsbət gəlirlilik nümayiş etdirdiyi halda, qızıl investisiyaları idarə olunan vəsaitlərin ümumi gəlirliliyinə mənfi təsir göstərən aktivlərdən biri olub.
MONETAR.AZ