Babək Rayon İcra Hakimiyyəti tərəfindən elektrik dirəklərinin və lampalarının satın alınması üzrə keçirilən müsabiqənin qalibi müəyyənləşib.
Satınalma üzrə qalib şirkət “LEADS GROUP SUPPLY” MMC olub. Şirkətlə bağlanmış müqavilənin dəyəri 66 666,88 manat təşkil edib.
Müsabiqə “Elektrik dirəklərinin və lampalarının satınalınması” adı ilə keçirilib. Satınalmanın ehtimal olunan qiyməti 111 934,80 manat müəyyən edilsə də, yekun təklif daha aşağı məbləğdə formalaşıb.
Layihə çərçivəsində Babək rayonunda küçə işıqlandırılması üçün yeni avadanlıqların quraşdırılması nəzərdə tutulur.
Texniki şərtlərə əsasən, quraşdırılacaq LED işıqlandırma qurğuları xarici mühit üçün nəzərdə tutulmalı, minimum IP66 qorunma səviyyəsinə, IK08 zərbəyə davamlılığa, yüksək işıq səmərəliliyinə və enerji qənaəti göstəricilərinə malik olmalıdır.
Məhsulların köhnə avadanlıqların sökülməsi və yeni işıqlandırma sistemlərinin quraşdırılması ilə birlikdə təqdim olunması tələb edilib.
MONETAR.AZ