Xaçmaz və Xudatda yolların əsaslı təmirinə 1,16 milyon manat ayrılıb

Xaçmaz və Xudatda yolların əsaslı təmirinə

Xaçmaz Rayon İcra Hakimiyyətinin Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı keçirdiyi tenderin qalibi müəyyənləşib.

Məlumata görə, “Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri” adlı satınalma müsabiqəsi üzrə qalib şirkət “Mühəndis Yol Təmir Tikinti” MMC olub.

Şirkətlə bağlanacaq müqavilənin dəyəri 1 milyon 158 min 918,36 manat təşkil edir.

Tenderin ehtimal olunan qiyməti isə 1 milyon 246 min 126 manat olub.

Satınalmanın predmeti 72141000 – Avtomobil yolları və yol tikintisi işləri təsnifat koduna daxildir.

Layihə çərçivəsində Xaçmaz və Xudat şəhərlərində mövcud avtomobil yollarının əsaslı təmiri, yol infrastrukturunun yenilənməsi və nəqliyyat hərəkətinin yaxşılaşdırılması nəzərdə tutulur.

MONETAR.AZ