Göygöl Milli Parkı 126,5 min manata mikroavtobus alır

Göygöl Milli Parkı  126,5 min manata

Göygöl Milli Parkı ziyarətçilərin və əməkdaşların daşınması məqsədilə yeni mikroavtobusun satın alınması ilə bağlı keçirilən tenderin nəticəsini açıqlayıb.

Məlumata görə, “Mikroavtobus nəqliyyat vasitəsi satın alınması” müsabiqəsi üzrə qalib şirkət “ALFA MOTORS COMPANY” MMC olub. Şirkətlə bağlanacaq satınalma müqaviləsinin dəyəri 126 min 500 manat təşkil edir.

Tenderin ehtimal olunan qiyməti 128 min 974 manat olub.

Satınalmanın predmeti 2026-cı il istehsalı olan yeni mikroavtobusun alınmasıdır. Nəqliyyat vasitəsinin əsas texniki tələblərinə görə:

  • mühərrik həcmi minimum 2000 kub santimetr;

  • yanacaq növü dizel;

  • mühərrik gücü minimum 134 at qüvvəsi;

  • transmissiya minimum 6 pilləli mexaniki;

  • sərnişin tutumu minimum 15 nəfər;

  • emissiya standartı Euro VI;

  • təhlükəsizlik sistemləri ABS, EBD və ESC;

  • ayrıca kondisioner və isitmə sistemi;

  • zəmanət müddəti 1 il və ya 50 min kilometr olmalıdır.

Həmçinin satınalma şərtlərinə nəqliyyat vasitəsinin icbari sığortasının, dövlət qeydiyyat nişanının alınması və texniki pasportun rəsmiləşdirilməsi də daxil edilib.

Qeyd edək ki, tenderi keçirən təşkilat Göygöl Milli Parkıdır. Park Göygöl rayonunun Toğanalı kəndində yerləşir. Alınacaq mikroavtobusun park ərazisində nəqliyyat xidmətlərinin yaxşılaşdırılmasına və turistlərin rahat hərəkətinə imkan yaradacağı gözlənilir.

MONETAR.AZ