ABŞ Rusiya neftinə sanksiyalarda istisnalar tətbiq edə bilər

ABŞ Rusiya neftinə sanksiyalarda

ABŞ Rusiya neftinin idxalı ilə bağlı sanksiya rejimində dəyişikliklər edə və bəzi ölkələr üçün fərdi istisnalar tətbiq edə bilər.

ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, gələcəkdə Rusiya neftinin alınmasına icazə verən istisnalar ümumi deyil, konkret ölkələr üçün ayrıca şəkildə verilə bilər.

Nazir bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Vergi məsələləri üzrə Komitəsində çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Rusiya neftindən əldə olunan gəlirlərin artımı məhdud olub və tətbiq edilən istisnalar ciddi iqtisadi təsir yaratmayıb. Bessent həmçinin qeyd edib ki, Rusiya nefti əvvəllər də Çinə ixrac olunurdu, hazırda isə bəzi hallarda ABŞ-ın müttəfiqlərinə də yönləndirilə bilir.

Analitiklər hesab edirlər ki, belə bir yanaşma qlobal enerji bazarında daha çevik və ölkələrə fərdi yanaşmaya əsaslanan sanksiya mexanizminin formalaşmasına gətirib çıxara bilər.

MONETAR.AZ