Dövlət Radiotezliklər İdarəsi gül və əklillərin satın alınması ilə bağlı yeni açıq tender elan edib. Satınalan təşkilatın məlumatına görə, tenderin ümumi ehtimal olunan qiyməti 151 317,50 manat təşkil edir. Tender çərçivəsində müxtəlif növ təbii güllər, buketlər, gül səbətləri və əklillərin alınması nəzərdə tutulur.
Tenderin elan tarixi 5 iyun 2026-cı il, təkliflərin son təqdim olunma tarixi isə 30 iyun 2026-cı il saat 17:00-dır. Eyni tarixdə zərflərin açılışı da həyata keçiriləcək.
Satınalma çərçivəsində aşağıdakı məhsullar nəzərdə tutulur:
- 2 000 ədəd təbii qırmızı qızılgül (70–80 sm)
- 1 000 ədəd təbii qırmızı qərənfil
- 100-dən 450-yə qədər qızılgüllə hazırlanmış müxtəlif ölçülü gül səbətləri
- 20 böyük və 10 orta ölçülü əklil
- 71, 45, 35 və 9 qızılgüllü müxtəlif buket kompozisiyaları
Bütün kompozisiyaların təbii güllərdən hazırlanması tələb olunur.
MONETAR.AZ