“Korgöz-Tikinti-Material” ASC 2025-ci ili zərərlə başa vurub

“Korgöz-Tikinti-Material” ASC 2025-ci ili

“Korgöz-Tikinti-Material” Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) 2025-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Maliyyə vəziyyəti haqqında hesabata əsasən, şirkətin cəmi aktivləri 2025-ci il dekabrın 31-nə 267,6 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin sonunda qeydə alınan 304,3 min manatla müqayisədə azalıb.

Hesabat dövrünün sonuna cəmiyyətin uzunmüddətli aktivləri 265,2 min manat, qısamüddətli aktivləri isə 2,4 min manat olub. Şirkətin öhdəlikləri 1 milyon 556,7 min manat səviyyəsində formalaşıb.

Maliyyə nəticələrinə görə, “Korgöz-Tikinti-Material” ASC 2025-ci ildə 233,8 min manat əməliyyat gəliri əldə edib. Bununla yanaşı, material ehtiyatları, işçi heyəti, amortizasiya və digər əməliyyat xərcləri nəticəsində şirkət ili 57,2 min manat xalis zərərlə başa vurub. 2024-cü ildə bu göstərici 95,3 min manat zərər olmuşdu.

Şirkətin bölüşdürülməmiş zərəri ilin sonuna 1 milyon 857,7 min manata çatıb. Nəticədə cəmiyyətin məcmu kapitalı mənfi 1 milyon 289,1 min manat təşkil edib.

Maliyyə hesabatlarının auditini Azərbaycan Respublikası Auditorlar Palatasının lisenziyasına malik “HL Company” MMC həyata keçirib. Auditor rəyi ilə maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlandığı bildirilib.

Auditor rəyi 22 may 2026-cı il tarixində təqdim olunub.

MONETAR.AZ