“Bakı Polad Burazlar” Açıq Səhmdar Cəmiyyəti (ASC) səhmdarlarının nəzərinə çatdırılır ki, cəmiyyətin səhmdarlarının illik ümumi yığıncağı 30 iyun 2026-cı il tarixində saat 11:00-da keçiriləcək.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
-
Cəmiyyətin 2025-ci il üzrə illik maliyyə-təsərrüfat hesabatının təsdiq edilməsi;
-
Digər cari məsələlərin müzakirəsi.
Yığıncaq cəmiyyətin yerləşdiyi ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 8 ünvanında baş tutacaq.
Səhmdarlar yığıncağın gündəliyinə aid materiallarla hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 16:00-dək cəmiyyətin baş ofisində tanış ola bilərlər.
Yığıncaqda iştirak etmək istəyən səhmdarların qeydiyyatı tədbir günü saat 10:00-da başlanacaq. İştirak üçün şəxsiyyəti təsdiq edən sənədin, nümayəndələr üçün isə qanunvericiliyə uyğun qaydada təsdiqlənmiş etibarnamənin təqdim olunması tələb olunur.
Məlumatı “Bakı Polad Burazlar” ASC-nin rəhbərliyi yayıb.
MONETAR.AZ