Prezident: "İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır"

Prezident: "İqtisadiyyatımızın şaxələndirilməsi

"İqtisadiyyatımızın şaxələndirilməsi artıq reallıqdır, lakin biz birmənalı olaraq səylərimizi davam etdirəcəyik".

AZƏRTAC bununla bağlı xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib.

"Xarici borcumuza gəldikdə, biz müəyyən işlər görmüşük. Son illər ərzində nailiyyətlər var və bu gün planlarımız daha genişdir", - deyə dövlətimizin başçısı qeyd edib.

Ölkəmizdə həyata keçirilən sosial proqramlara da toxunan dövlətimizin başçısı deyib: "Onlar genişmiqyaslı proqramlardır. Son bir neçə il ərzində biz bir sıra sosial dəstək paketlərini həyata keçirmişik".

"Biz iqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik" deyə ölkə başçısı əlavə edib.