Quba-Xınalıq yolu sürüşmə səbəbindən bağlanıb

 Quba-Xınalıq yolu sürüşmə səbəbindən

Quba rayonunda Qəçreş–Xınalıq yolunun aşağı hissəsində torpaq sürüşməsi baş verib. Yamacdan böyük bir ağac qoparaq yolun hərəkət hissəsinə düşüb.

Nəticədə Xınalıq istiqamətində nəqliyyatın hərəkəti müvəqqəti olaraq bir istiqamətdə dayandırılıb. Hazırki vəziyyətdə avtomobillər alternativ olaraq yolun yuxarı hissəsindən istifadə etməlidirlər.

Hadisə yerində sürüşmənin davam etdiyi də qeydə alınıb.