Əlilliyin qiymətləndirilməsi xidməti myGov platformasında əlçatan olacaq

Əlilliyin qiymətləndirilməsi xidməti myGov platformasında

Azərbaycanda əlilliyin qiymətləndirilməsi nəticəsinə dair arayış myGov platformasına inteqrasiya ediləcək.

Məlumata görə, xidmətin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının 4 iyun tarixinədək başa çatdırılması planlaşdırılır.

14 iyunadək xidmətin mövcud iş prosesi təqdim olunacaq, 27 iyunadək isə nəzərdə tutulan təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş prosesi hazırlanaraq aidiyyəti qurumlar arasında razılaşdırılacaq.

20 sentyabrdan etibarən xidmət myGov platformasında tam işlək rejimdə istifadəçilərə təqdim ediləcək.

Layihənin icrası Rəqəmsal İnkişaf və Nəqliyyat NazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək.

Qeyd olunur ki, əlilliyin qiymətləndirilməsi tibb müəssisələri tərəfindən daxil edilən göndəriş məlumatları əsasında elektron sistem vasitəsilə aparılır. Əlillik təyin olunduqdan sonra sosial ödənişlər əlavə müraciətə ehtiyac olmadan avtomatik və proaktiv qaydada sistem üzərindən təyin edilir.