Pasportları onlayn əldə etmək mümkün olacaq

Pasportları onlayn əldə etmək

Azərbaycanda şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi ilə bağlı dövlət xidmətlərinin rəqəmsallaşdırılmasında yeni mərhələ müəyyən edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilən məlumata əsasən, bu xidmətlər Elektron Hökumət İnformasiya Sistemi (EHİS) və myGov platforması vasitəsilə elektron formata keçiriləcək.

Daxili İşlər NazirliyiRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə şəkildə 1 iyun 2026-cı ilədək xidmətlərin rəqəmsallaşdırılması mərhələlərini müəyyən etməli və konseptual sənəd hazırlamalıdır. 1 iyul 2026-cı ilədək bu konsepsiyaya uyğun rəqəmsallaşdırma həyata keçiriləcək, 15 sentyabr 2026-cı ilədək isə xidmətlər myGov platforması üzərindən istifadəçilərə təqdim olunacaq.

Gözlənilir ki, elektron formatın tətbiqi pasport və şəxsiyyət vəsiqəsi xidmətlərinə çıxışı xeyli asanlaşdıracaq, növbələri azaldacaq və sənədlərin əldə olunma prosesini sürətləndirəcək.