Azərbaycan–Qazaxıstan fiber-optik xəttinin istifadəyə verilmə vaxtı açıqlanıb

Azərbaycan–Qazaxıstan fiber-optik xəttinin istifadəyə verilmə

Azərbaycan ilə Qazaxıstan arasında çəkilən transxəzər fiber-optik kabelin istismara verilməsi 2026-cı ilin üçüncü rübünə planlaşdırılıb.

Bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinə açıqlamasında Qazaxıstanın baş nazir müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev məlumat verib.

Layihə iki ölkə arasında rəqəmsal əlaqələrin gücləndirilməsinə və beynəlxalq kommunikasiya kanallarının ötürmə qabiliyyətinin artırılmasına yönəlib.