Sony-un The ColleXion adlı yeni qulaqlıq modeli ilə bağlı məlumatlar yayılıb. Bu qulaqlıqların qiymətinin təxminən 629 avro olacağı bildirilir. Müqayisə üçün qeyd edək ki, son Sony WH-1000XM6 modeli 449 avro qiymətindədir.
Hazırda The ColleXion modelinin standart flaqmanlardan nə ilə fərqlənəcəyi dəqiq məlum deyil. Güman edilir ki, bu seriyada əsas diqqət materialların keyfiyyətinə və dizayna yönəldilə bilər və ya model məhdud sayda buraxıla bilər.
Qulaqlıqların 19 may tarixində təqdim olunması gözlənilir. Həmin vaxta qədər daha ətraflı məlumatların ortaya çıxacağı ehtimal olunur.
Bununla yanaşı, The ColleXion xətti ilə yanaşı Sony WH-1000XM6 modelinin yeni “Sandstone” rəng variantı da təqdim ediləcək. Bu versiya da 19 mayda satışa çıxarılacaq və mövcud modellərlə eyni qiymətə olacaq.
MONETAR.AZ