Bakıda bir sıra yollar təmir səbəbindən bağlanacaq

Bakıda bir sıra yollar təmir səbəbindən

Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin XIII Ümumdünya Şəhər Forumuna (WUF13) hazırlıq çərçivəsində Bakının bəzi küçə və prospektlərində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, işlər yol örtüyünün vəziyyəti nəzərə alınmaqla aşağıdakı ərazilərdə həyata keçiriləcək:

  • Heydər Əliyev prospektindən Babək prospektinə gedən yol ötürücüsü
  • Ziya Bünyadov prospekti (Koroğlu metro stansiyası istiqamətində)

Təmir işləri 9 aprel saat 23:00-dan 10 aprel saat 07:00-a qədər və 10 aprel saat 23:00-dan 11 aprel saat 07:00-a qədər aparılacaq.

Bu müddətdə Heydər Əliyev prospektindən Babək prospektinə gedən yol ötürücüsündə hərəkət tam məhdudlaşdırılacaq, Ziya Bünyadov prospektində isə (Koroğlu metro stansiyası istiqamətində) hərəkət qismən məhdud olacaq.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı və alternativ marşrutlardan istifadə etməyi xahiş edib.