İsveçrə bankları franka bağlı steyblkoini sınaqdan keçirəcək

İsveçrə bankları franka bağlı steyblkoini

Altı İsveçrə bankı İsveçrə frankı ilə bağlı steyblkoinin potensial istifadəsini test etmək üçün qüvvələrini birləşdirib. Bu barədə UBS məlumat verib.

Banklar Swiss Stablecoin AG ilə birlikdə blokçeyn tətbiqlərini franka bağlama yollarını araşdırmaq üçün təhlükəsiz rəqəmsal mühit — “sandbox” (sınaq platforması) yaradırlar. Layihədə hazırda UBS, PostFinance, Sygnum, Raiffeisen, Zürcher KantonalbankBanque Cantonale Vaudoise iştirak edir. Eyni zamanda digər yerli banklar, şirkətlər və institutlar da layihəyə qoşula biləcək.

“Sandbox” platformasının 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılır. UBS ümid edir ki, bu təşəbbüs İsveçrədə rəqəmsal pul ekosistemini gücləndirəcək və bu sahədə əməliyyat təcrübəsi qazandıracaq.

Hazırda İsveçrədə geniş istifadə olunan, franka bağlı və tənzimlənən steyblkoin mövcud deyil. Bununla belə, dünyada steyblkoinlər getdikcə daha böyük əhəmiyyət qazanır və maliyyə sisteminin transformasiyasında mühüm rol oynayır.

Steyblkoinlər, dəyəri adətən ənənəvi fiat valyutalara bağlanan və buna görə daha az volatilliyə malik olan kriptovalyuta növüdür. Son dövrlərdə qlobal banklar bu sahədə fəal eksperimentlər aparır. Məsələn, 2025-ci ildə ING, UniCreditBNP Paribas daxil olmaqla 10 Avropa bankı 2026-cı ilin ikinci yarısında avroya bağlı steyblkoin buraxmaq üçün birgə şirkət yaradıb.

Bununla belə, indiyədək banklar tərəfindən buraxılmış steyblkoinlərə tələbatın hələlik məhdud olduğu qeyd olunur.

MONETAR.AZ