Azərbaycanda vəzifə maaşlarına əlavə edilən əlavələr, mükafatlar və təşkilatların büdcədənkənar vəsaitləri hesabına maliyyələşən digər ödənişlər üçün yuxarı hədlərin müəyyənləşdirilməsi planlaşdırılır.
Məlumata görə, bu istiqamətdə Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.
Qaydalara əsasən, Maliyyə Nazirliyi aidiyyəti dövlət qurumları ilə razılaşdıraraq, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və onların fəaliyyətindən əldə olunan gəlirlər hesabına ödənilən əlavələr, mükafatlar və digər ödənişlər üzrə maksimum hədlərlə bağlı təklifləri beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.