The Walt Disney Company yaxın həftələrdə yeni baş direktor Coş D'Amaronun rəhbərliyi altında həyata keçirilən restrukturizasiya çərçivəsində 1000-ə qədər iş yerini ixtisar etməyi planlaşdırır. Bu barədə The Wall Street Journal məlumat yayıb.
Məlumata görə, ixtisarların böyük hissəsi şirkətin kiçilən marketinq bölməsinə təsir edəcək.
Bu addım The Walt Disney Companynin striminq xidmətlərindən əldə etdiyi gəlirlərin azalması, kinoteatr gəlirlərinin zəifləməsi və bu sahədə rəqabətin artması fonunda atılır.
Qeyd edək ki, şirkət artıq 2022-ci ildən bəri 8000-dən çox əməkdaşını ixtisar edib. Həmin dövrdə Bob İqer yenidən baş direktor vəzifəsinə qayıdaraq genişmiqyaslı restrukturizasiya həyata keçirmişdi.
Son ixtisar planlarının hazırlanmasına isə Coş D’Amaronun bu ilin əvvəlində CEO vəzifəsinə təyin olunmasından əvvəl başlanıldığı bildirilir.
MONETAR.AZ