Avropa İttifaqı Rusiya neftinə tətbiq olunan qiymət tavanını endirməyəcək

Avropa İttifaqı Rusiya neftinə tətbiq olunan
17 İyun 2025 08:06

Avropa İttifaqı Rusiya neftinə tətbiq olunan 60 dollar/barel həcmində qiymət tavanını aşağı salmaq niyyətindən geri çəkilib. 

Mənbələrin bildirdiyinə görə Aİ qiymət tavanını 45 dollar/barel səviyyəsinə endirmək istəsə də, bu təşəbbüs “Böyük Yeddilik” (G7) ölkələri tərəfindən dəstəklənməyib. G7-nin razılığı olmadan isə Avropa Komissiyası bu dəyişiklikləri 18-ci sanksiya paketinə daxil etməyəcək.

Avropa İttifaqının nümayəndələri hesab edirlər ki, bu addımın yalnız Aİ tərəfindən atılması iqtisadi baxımdan sərfəli deyil və blok daxilində fikir ayrılığına səbəb ola bilər. Ona görə də Brüssel bu kimi qərarları beynəlxalq tərəfdaşlarla uzlaşdıraraq qəbul etməyə üstünlük verir.

Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası qiymət tavanının 60 dollardan 45 dollara endirilməsini təklif etmişdi. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin tavan qiymətə razı olan ölkələrə neft ixracına qoyulan qadağanı uzatdığını açıqlayıb.

MONETAR.AZ


Oxşar xəbərlər