Bu ilin yanvar–noyabr aylarında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 1,6 % artıb.
Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – gələn ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, son bir ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 % azalıb, qeyri-neft-qaz sektorunda isə 3,2 % artım qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə yanvar–oktyabr ayları üzrə ÜDM 106 435,4 milyon manat təşkil edib. Həmin dövrdə real iqtisadi artım 101,3 %, nominal artım isə 104,9 % olub. Yanvar–oktyabr aylarında qeyri-neft-qaz sektorunun ÜDM-i 74 712,1 milyon manat səviyyəsində formalaşıb və bu sahədə real artım 103,1 %, nominal artım isə 106,8 % təşkil edib.
MONETAR.AZ