2025-ci ilin yanvar–noyabr aylarında ölkə iqtisadiyyatında əsas kapitala yönəldilmiş investisiyaların həcmi 16,66 milyard manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. .
Hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 8,5 faiz azaldığı halda qeyri-neft-qaz sektoruna yatırımlar 8,3 faiz artıb.
İnvestisiya strukturunun təhlili aşağıdakı istiqamətləri önə çıxarır:
-
50,6% – məhsul istehsalı sahələri: 8,42 milyard manat
-
33,7% – xidmət sahələri: 5,61 milyard manat
-
15,7% – yaşayış evlərinin tikintisi: 2,62 milyard manat
Əsas kapitala yönəldilmiş investisiyaların 12,99 milyard manatı (78,0%) daxili investisiyalar hesabına formalaşıb.
İnvestisiyaların 76,2 faizinin, yəni 12,69 milyard manatının tikinti-quraşdırma işlərinə sərf olunması infrastrukturun genişləndirilməsi və yeni istehsal müəssisələrinin yaradılması prosesinin aktiv şəkildə davam etdiyini göstərir.
MONETAR.AZ