Bərpa olunan enerjidə gözlənti böyük, nəticə zəif

18 İyun 2025
09:50
2025-ci ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisi istehsalı 10 milyard 762,7 milyon kilovat-saata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artım deməkdir.
Enerji mənbələrinin istehsaldakı pay bölgüsü:
İstilik elektrik stansiyaları 80,77 %
Su elektrik stansiyaları 13,99 %
Günəş elektrik stansiyaları 1,71 %
Tullantıların yandırılması 0,92 %
Külək elektrik stansiyaları 0,06%
Rəqəmlər göstərir ki, Azərbaycanın enerji istehsalı əsasən ənənəvi – istilik stansiyaları üzərində qurulub. Lakin bərpa olunan enerji (xüsusilə su və günəş) mənbələrinin də payı getdikcə artır. Külək və tullantı əsaslı istehsal isə hələ ki, çox kiçik səviyyədədir.
MONETAR.AZ