Gündəlik 19 manat 50 qəpik yetərlidirmi?

17 İyun 2025
16:42
2025-ci ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların orta aylıq xərci 586,5 manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 55 manatlıq artım deməkdir.
Rəsmi statistikanı gündəlik xərclərə uyğunlaşdırdıqda məlum olur ki, bir istehlakçı gündə orta hesabla təxminən 19,5 manat vəsait xərcləyib. Bu məbləğə qida məhsulları, gündəlik tələbat malları, ictimai iaşə xidmətləri və digər ödənişli xidmətlər daxildir.
Artan inflyasiya və yaşayış xərcləri fonunda 19 manata gün ərzində həm qidalanmaq, həm nəqliyyatdan istifadə etmək, həm də digər əsas ehtiyacları qarşılamaq bir çox ailələr üçün real çətinliklər yaradır. Xüsusilə də böyük şəhərlərdə bu məbləğin təkcə səhər yeməyi və nəqliyyata sərf olunması mümkündür.
MONETAR.AZ