İnvestisiyaların yarıdan çoxu istehsal sahələrinə yönəlib

İnvestisiyaların yarıdan çoxu
13 İyun 2025 12:25

2025-ci ilin yanvar-may aylarında əsas kapitala 6694,6 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az investisiya yönəldilmişdir.

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 21,9 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 11,7 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 3363,0 milyon manatı və ya 50,2 faizi məhsul  istehsalı  sahələrinə, 2236,8 milyon  manatı (33,4 faizi) xidmət sahələrinə, 1094,8 milyon manatı (16,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Əsas kapitala yönəldilmiş investisiyaların 5048,7 milyon manatını və ya 75,4 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 5231,4 milyon manatı və ya 78,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

 MONETAR.AZ


Oxşar xəbərlər