32 ildən sonra ilk

32 ildən sonra ilk
31 İyul 2025 10:18
FED faiz qərarını açıqlayıb. Faizlərini dəyişdirməyərək 4,25% - 4,50% aralığında saxlayan FED, iqtisadiyyatda yavaşlama siqnalı verib, bu da Mərkəzi Bankın yaxın gələcəkdə faizlərini azalda biləcəinə işarədir. 1993-cü ildən bəri ilk dəfə 2 FED üzvü qərarın əleyhinə səs verib. Belə ki, FED son 5 iclasında uçot dərəcəsini dəyişməyib.

FED iyul iclasında uçot dərəcəsini (faizlərini) dəyişməyərək 4,25% - 4,50% aralığında sabit saxlayıb. Bununla belə, ABŞ Mərkəzi Bankının İdarə Heyəıtinin üzvləri ABŞ iqtisadiyyatı ilə bağlı baxışlarını dəyişiblər, bu da onların borclanma xərclərini (faizləri) azaltmağa yaxınlaşdıqlarını göstərir.

Qərar 9 lehinə və 2 əleyhinə olmaqla qəbul edilib. FED üzvləri Mişel Bouman və Kristofer Uoller qərarın əleyhinə səs veriblər və bu, 1993-cü ildən bəri ilk dəfə iki FED üzvünün qərarın əleyhinə səs verdiyi iclasdır.

FED son 5 iclasında uçot dərəcəsini dəyişməyib.

FED-in yaydığı məlumatda bildirilir: "Xalis ixracdakı dalğalanmalar məlumatlara təsir etməyə davam etsə də, son göstəricilər ilin birinci yarısında iqtisadi fəallığın zəiflədiyini göstərir". FED daha əvvəl iqtisadiyyatın "sağlam templə" böyüdüyünü təsvir etmişdi.

Məlumatda işsizlik səviyyəsinin aşağı səviyyədə qaldığı, əmək bazarının möhkəm olduğu və inflyasiyanın “bir qədər yüksək olaraq qaldığı” qeyd edilib.

İyun iclasında FED rəsmiləri ilin sonuna qədər faizlərin 2 dəfə azaldılmasının olacağını proqnozlaşdırmışdılar.

ABŞ prezidenti Donald Tramp FED sədri Cerom Paueli faiz dərəcələri ilə bağlı tez-tez tənqid edir. Tramp qərardan əvvəl açıqlama verərək, FED-in bu gün faizləri endirəcəyini gözləmədiyini bildirmişdi. “Mən eşitdim ki, FED sentyabrda faiz dərəcələrini azaldacaq”, – Tramp bildirib və əlavə edib: "Bu gün dərəcələri azaltsalar belə, Pauell həmişə çox gecdir."

MONETAR.AZ


Oxşar xəbərlər