İstehlak kreditlərinin "kralı" hansı bankdır?

2025-ci ilin ikinci rübünə dair istehlak kreditlərinin həcminə görə bankların reytinqi müəyyən edilib. Bankların təqim etdiyi məlumatlara əsasən, Kapital Bank ən böyük istehlak kredit portfelinə malik bank kimi liderliyi qoruyub.
Məlumata görə, 2025-ci ilin ikinci rübündə istehlak kreditlərinin həcmi manatda aşağıdakı kimi olub:
-
Kapital Bank – 3 milyard 48 milyon 882 min manat
-
Azərbaycan Beynəlxalq Bankı (ABB) – 1 milyard 927 milyon 451 min 500 manat
-
Unibank – 630 milyon 570 min 353 manat
-
Bank of Baku – 623 milyon 910 min 255 manat
-
Bank Respublika – 332 milyon 535 min 448 manat
-
Rabitəbank – 329 milyon 386 min 290 manat
-
Azər Türk Bank – 307 milyon 958 min manat
-
Yelo Bank – 292 milyon 940 min 360 manat
-
AccessBank – 265 milyon 961 min manat
-
Xalq Bank – 251 milyon 173 min 371 manat
-
Expressbank – 214 milyon 775 min manat
-
TuranBank – 191 milyon 838 min manat
-
PAŞA Bank – 125 milyon 227 min manat
-
Bank VTB (Azərbaycan) – 105 milyon 412 min manat
-
Yapı Kredi Bank Azərbaycan – 94 milyon 487 min 880 manat
-
Premium Bank – 44 milyon 15 min manat
-
Bank BTB – 42 milyon 545 min manat
-
AFB Bank – 26 milyon 580 min 830 manat
-
Bank Avrasiya – 17 milyon 168 min 980 manat
-
Ziraat Bank Azərbaycan – 16 milyon 95 min manat
-
ASB Bank – 7 milyon 451 min 330 manat
Bank mütəxəssisləri bildirir ki, istehlak kreditlərinin həcminin artması bankların daha geniş müştəri kütləsinə xidmət göstərməsinə şərait yaradır. Eyni zamanda, rəqabətin yüksəlməsi kredit şərtlərinin və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına stimul verir.
Banklar isə müştərilərə daha əlverişli şərtlərlə kredit təklif etmək üçün səylərini artırır, nağdlaşdırma xidmətlərini genişləndirirlər.
MONETAR.AZ