ABŞ-da inflyasiyanın gözləntiləri üstələməsi oktyabrda faiz artımı ehtimalını 20%-dən 50%-ə yaxın yüksəldib. Lakin Federal Ehtiyat Sistemi (Fed) rəsmilərinin açıqlamalarından sonra bu ehtimal yenidən 15%-dən aşağı düşüb.
Monetar.az xəbər verir ki, investorlar FED-in faiz qərarı ilə bağlı gözləntilərini həm inflyasiya göstəricilərinə, həm də qurum rəsmilərinin açıqlamalarına əsasən dəyişirlər.
Nyu-York Federal Ehtiyat Bankının rəhbəri Con Uilyams sentyabrın 29-da ilin sonrakı dövründə faiz artımının mümkün olduğunu bildirib. Fed sədrinin müavini Filip Cefferson oktyabrın 1-də əlavə faiz artımına qərar verməzdən əvvəl daha çox məlumatın gözlənilməli olduğunu deyib.
Fed-in İdarə Heyətinin üzvü Kristofer Uoller isə oktyabrın 8-də ardıcıl iclaslarda faiz artırmağın zəruri olmadığını bildirib.
“Nationwide” şirkətinin baş iqtisadçısı Keti Bostyancic hesab edir ki, Fed rəsmiləri bazarda faiz artımı ilə bağlı gözləntilərin həddindən artıq yüksəldiyini görərək bu gözləntiləri yumşaltmağa çalışmış ola bilərlər.
FED sədri Kevin Uorş oktyabrın 16-da Banqkokda çıxışı zamanı faiz qərarlarının əvvəlcədən müəyyən edilmədiyini vurğulayıb. O, qərarların iqtisadi məlumatlara əsaslanmalı və əvvəlcədən verilən istiqamətləndirici mesajlardan asılılıq azaldılmalıdır deyə bildirib.
Beləliklə, inflyasiyanın yüksək olması faiz artımı ehtimalını yüksəltsə də, Fed rəsmilərinin açıqlamaları bazar gözləntilərinin yenidən aşağı düşməsinə səbəb olub.