2025-ci ildə Hindistanda 23,07 milyon doğum, 9,72 milyon ölüm qeydə alınacağı proqnozlaşdırılıb. Çin isə doğum sayına görə ikinci yerdə olsa da, ölənlərin sayı dünyaya gələnlərdən təxminən 3 milyon nəfər çoxdur.
Monetar.az-ın BMT-nin Əhali Bölməsinin məlumatları əsasında hazırladığı təhlilə görə, 2025-ci ildə ən çox doğumun qeydə alındığı 12 ölkə arasında demoqrafik vəziyyət ciddi fərqlənir.
Hindistanda doğumların sayı 23,07 milyon, ölümlərin sayı isə 9,72 milyon nəfər proqnozlaşdırılır. Beləliklə, ölkədə doğumların sayı ölümləri 13,35 milyon nəfər üstələyir.
Çində isə əks vəziyyət müşahidə olunur. Ölkədə 8,71 milyon doğuma qarşı 11,72 milyon ölüm gözlənilir. Bu, ölümlərin doğumları 3,01 milyon nəfər üstələməsi deməkdir.
Ən çox doğum olan 12 ölkə2025-ci il üçün BMT proqnozlarına əsasən, ölkələr doğum sayına görə aşağıdakı kimi sıralanır:
-
Hindistan - 23,07 milyon doğum, 9,72 milyon ölüm
-
Çin - 8,71 milyon doğum, 11,72 milyon ölüm
-
Nigeriya - 7,64 milyon doğum, 2,75 milyon ölüm
-
Pakistan - 6,91 milyon doğum, 1,64 milyon ölüm
-
Konqo Demokratik Respublikası - 4,56 milyon doğum, 940 min ölüm
-
İndoneziya - 4,44 milyon doğum, 2,20 milyon ölüm
-
Efiopiya - 4,18 milyon doğum, 790 min ölüm
-
ABŞ - 3,66 milyon doğum, 3,09 milyon ölüm
-
Banqladeş - 3,44 milyon doğum, 900 min ölüm
-
Braziliya - 2,53 milyon doğum, 1,53 milyon ölüm
-
Misir - 2,45 milyon doğum, 660 min ölüm
-
Tanzaniya - 2,42 milyon doğum, 400 min ölüm
Siyahıda beş Afrika ölkəsi yer alır: Nigeriya, Konqo Demokratik Respublikası, Efiopiya, Misir və Tanzaniya. Bu ölkələrdə ümumilikdə 21,25 milyon doğum və 5,54 milyon ölüm proqnozlaşdırılır.
Təhlildə Afrikanın, xüsusilə Saxaradan cənubda yerləşən ölkələrin yüksək doğum səviyyəsi və gənc əhali strukturu ilə seçildiyi bildirilir. Bu amillərin qitənin dünya üzrə doğumlarda payının artmasına təsir göstərəcəyi gözlənilir.
ABŞ-da isə 3,66 milyon doğuma qarşı 3,09 milyon ölüm proqnozlaşdırılır. Beləliklə, doğumların ölümləri üstələməsi cəmi 570 min nəfər təşkil edir. Bu, siyahıdakı ölkələr arasında ən kiçik müsbət fərqdir.
Demoqrafik mənzərə dəyişirBMT-nin məlumatlarına əsaslanan təhlilə görə, dünyada doğum səviyyəsi ümumilikdə azalır. Çin və ABŞ da daxil olmaqla bir sıra ölkələrdə hər qadına düşən uşaqların sayı əhalinin təbii artımını təmin edən təxminən 2,1 həddindən aşağıdır.
Əhalinin yaşlanması və doğumların azalması bəzi ölkələrdə ölüm sayının doğum sayını üstələməsinə gətirib çıxarır. Bununla belə, əhalinin yaş strukturu və əvvəlki illərdəki yüksək doğum səviyyəsi səbəbindən dünya əhalisi bir müddət də artmaqda davam edə bilər.
Qeyd edək ki, göstərilən rəqəmlər 2025-ci il üzrə faktiki statistika deyil, BMT-nin proqnozlarıdır.