ABŞ Ticarət Naziri Hovard Latnik hesab edir ki, dolların məzənnəsi uzun illər ərzində süni şəkildə yüksək saxlanılıb və bu, ABŞ-ın ixracına mənfi təsir göstərib.
“Dollar illərlə süni şəkildə gücləndirilib ki, ABŞ-ın ixracı məhdudlaşdırılsın,” nazir Senatın Maliyyə Komitəsinin dinləmələrində senatorun sualına cavab olaraq bildirib.
O əlavə edib: “Bu, bizim məhsullarımızı digər ölkələr üçün daha bahalı, onların mallarını isə bizə daha əlçatan edirdi,” lakin kim tərəfindən bu siyasətin aparıldığı barədə konkret məlumat verməyib.
Nazir vurğulayıb ki, hazırkı dollar mövqeyi daha təbii xarakter daşıyır. Dolların zəifləməsi ABŞ ixracını stimullaşdırır və nəticədə ÜDM-in artımına töhfə verir.
MONETAR.AZ