Vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması məqsədilə Mərkəzi Bank tərəfindən vətəndaş qəbulunun “ASAN xidmət” mərkəzlərində təşkil edilməsi nəzərdə tutulur. Bu yanaşma vətəndaşlar üçün əlçatanlığın artırılmasına, qəbul prosesində vaxt itkisinin azaldılmasına xidmət edəcəkdir.
Beləliklə, cari ilin 17 fevral tarixindən etibarən Mərkəzi Bank tərəfindən Bakı şəhərində vətəndaşların qəbulu aşağıda qeyd olunan “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcəkdir:
ASAN-2 (Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti 23)
ASAN-5 (Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 115)
Qeyd olunan tarixdən Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında vətəndaşların qəbulu dayandırılacaqdır.
Bakı şəhəri ilə yanaşı, regionlarda da vətəndaş qəbulu həyata keçirilməkdədir. Belə ki, Yevlax şəhəri, H.Əliyev prospekti 82 ünvanında, Biləsuvar şəhəri, H.Əliyev küçəsi 2B ünvanında və Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 32 ünvanında yerləşən Mərkəzi Bankın ərazi idarələrində vətəndaş qəbulu davam etdiriləcəkdir. Eyni zamanda Mərkəzi Bank tərəfindən il ərzində respublikanın müxtəlif rayon və şəhərlərində səyyar qəbullar təşkil olunur.
MONETAR.AZ