Azərbaycan Mərkəzi Bankı ortamüddətli dövrdə illik inflyasiyanın hədəf daxilində qalacağını proqnozlaşdırır. Baza ssenarisinə əsasən, illik inflyasiyanın həm 2026-cı ilin, həm də 2027-ci ilin sonunda 5,9 faiz təşkil edəcəyi gözlənilir.
Bu barədə Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinə dair qəbul etdiyi qərarda bildirilir.
Məlumata görə, iyul proqnozu ilə müqayisədə 2026-cı il üzrə inflyasiya gözləntisi 0,2 faiz bəndi azaldılıb, 2027-ci il üzrə proqnoz isə 0,1 faiz bəndi artırılıb.
Mərkəzi Bank qeyd edib ki, baza ssenarisi üzrə proqnozlar dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin sabit qalmasını nəzərdə tutur.