2025-ci ildə dünyada birjada qeydiyyatdan keçmiş yerli şirkətlərin ümumi bazar dəyəri 141,3 trilyon dollara çatıb. Bununla yanaşı, iri iqtisadiyyatlarda dövlət borcunun həcmi də yüksək səviyyədə qalır.
Monetar.az xəbər verir ki, 2026-cı ilin əvvəlində "Japan Exchange Group"un birjalarında qeydiyyatdan keçmiş şirkətlərin sayı 3 935-ə çatıb.
Dövlət borcu maliyyə sisteminin əsas göstəricilərindən biri olaraq qalır. Yaponiyanın dövlət borcunun ÜDM-ə nisbəti 206 faizi ötüb. ABŞ-ın dövlət borcu isə 38 trilyon dollardan çox olmaqla qlobal dövlət borcunun üçdə birindən artıq hissəsini təşkil edib.
Avropa Mərkəzi Bankının faiz dərəcəsi 2026-cı ilin sonlarında 2,65 faiz təşkil edib. Bu göstərici 2023-cü ildə qeydə alınmış 4,5 faizlik zirvə səviyyəsindən aşağıdır.
İnkişaf etməkdə olan və orta gəlirli ölkələrin iqtisadiyyatlarının 2026-cı ildə 4 faiz artacağı proqnozlaşdırılır. Bu, inkişaf etmiş iqtisadiyyatlar üçün gözlənilən artım tempindən iki dəfədən çoxdur.
Rəqəmsal investisiya platformalarının genişlənməsi də maliyyə bazarının strukturunu dəyişir. Yeni nəsil broker platformalarının istifadəçilərinin sayı 2025-ci ildə 33 milyonu keçib. Bu rəqəmin 2031-ci ildə 47 milyona yaxınlaşacağı gözlənilir.