AirPods Pro qulaqlıqlarının növbəti nəsli ətraf mühiti analiz etmək üçün daxili kameralarla təchiz oluna bilər. Bu barədə tədarük zənciri üzrə insayder və analitiklərin məlumatlarına istinadən MacRumors nəşri xəbər verir.
Gözlənilir ki, kameralar əl jestlərini tanımağa imkan verəcək və Vision Pro qurğusu ilə birlikdə istifadə zamanı məkan səsinin (spatial audio) işini yaxşılaşdıracaq. Həmçinin bildirilir ki, cihaz istifadəçinin ətrafını “görə” biləcək ki, bu da digər Apple cihazları ilə qarşılıqlı əlaqə imkanlarını genişləndirəcək. Bu cür qarşılıqlı əlaqənin konkret nümunələri açıqlanmır.
Ehtimal olunur ki, yenilik artıq 2026-cı ilin payızında təqdim oluna və əvvəlki qiyməti 249 dolları qoruya bilər.
Bununla yanaşı, insayderlər AirPods Pro 4-ün əvvəlki nəsildən daha baha olacağı ssenarisini də istisna etmirlər. Bu, Apple-a yeniliyi daha funksional cihaz kimi mövqeləndirməyə və onu AirPods Pro 3 ilə paralel şəkildə satmağa imkan verə bilər.
MONETAR.AZ