Trump Phone smartfonu (bəli, söhbət məhz Trampdan gedir) real fotolarda nümayiş etdirilib. Cihaz Trump Mobile rəhbərləri tərəfindən mediaya verdikləri müsahibə zamanı göstərilib. Əvvəl yayımlanan renderlər isə fərqli görünürdü.
Smartfonun son versiyası ilkin planlardan xeyli fərqlənir. Dizayn yenidən işlənib, texniki göstəricilər isə yaxşılaşdırılıb. Buna görə də qiymətin artması mümkündür.
Smartfonun arxa hissəsində üç kamera var. Əsas və ön kameraların hər ikisi 50 MP təsvir ölçüsünə malikdir. Ehtimala görə, əlavə iki kamera genişbucaqlı və zum çəkilişlər üçün nəzərdə tutulub. Arxa qapaq yuvarlaq formadadır və bəzi KİV-lərin qeyd etdiyi kimi, Motorola smartfonlarının dizaynını xatırladır. Qızılı rəng və ABŞ bayrağı saxlanılıb, lakin korpus üzərindəki iri T1 loqosu götürülüb.
Fotolarda ekran göstərilməyib. Displeyin ölçüsünün təxminən 6,78 düym olacağı ehtimal edilir.
Smartfonun Snapdragon 7 seriyalı prosessorla işləyəcəyi, 5000 mA·saat tutumlu batareya və əvvəl vəd edilən 256 GB əvəzinə 512 GB daxili yaddaş alacağı bildirilir. Həmçinin 1 TB-a qədər yaddaş kartı dəstəyi də olacaq.
MONETAR.AZ