Azərbaycan və Slovakiya dəmir yolu infrastrukturunun modernləşdirilməsini müzakirə edib

Azərbaycan və Slovakiya dəmir yolu infrastrukturunun modernləşdirilməsini

Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov ilə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Rövşən Rüstəmov arasında Orta Dəhlizin inkişafı və ölkənin dəmir yolu infrastrukturunun modernləşdirilməsi məsələləri müzakirə olunub.

Bu barədə diplomat özü sosial şəbəkə platforması X hesabında məlumat paylaşıb.

Görüşdə tərəflər AzərbaycanSlovakiya arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə Slovakiya şirkətləri və banklarının bu layihələrdə iştirakı imkanlarını müzakirə ediblər.

Diplomat bu dialoqu konstruktiv və perspektivli adlandıraraq, iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensial olduğunu vurğulayıb.