Kriptovalyuta və əmtəə bazarlarında son vəziyyət

Kriptovalyuta və əmtəə bazarlarında son vəziyyət

Kriptovalyuta və qlobal əmtəə bazarlarında qiymət dəyişiklikləri müşahidə olunub.

Kriptovalyuta bazarında ən çox artan aktivlər arasında XRP 2,95 faiz, Binance Coin isə 1,10 faiz yüksəlib. Ən çox ucuzlaşanlar isə Ethereum (1,42 faiz azalma) və Bitcoin (0,57 faiz azalma) olub.

Kənd təsərrüfatı məhsulları bazarında əsas itkilər portağal şirəsi (4,69 faiz), qəhvə (2,55 faiz) və kakao (1,66 faiz) üzrə qeydə alınıb. Əksinə, arpa 4 faiz, yun 2,18 faiz, raps isə 1,37 faiz bahalaşıb.

Metal bazarında Dəmir filizi (CNY) 2,42 faiz, litium karbonat isə 0,90 faiz artıb. Platin 0,90 faiz, gümüş isə 0,72 faiz ucuzlaşıb. Qızılın qiymətində isə ciddi dəyişiklik qeydə alınmayıb.

Enerji bazarında isə artım qeydə alınıb. Brent markalı neft 4,46 faiz, WTI xam nefti 3,69 faiz, benzin isə 2,63 faiz bahalaşıb.

MONETAR.AZ