Qlobal enerji bazarlarında təbii qaz istehsalına dair yeni statistik göstəricilər açıqlanıb.
2024-cü il üzrə məlumatlara əsasən, dünyanın ən böyük təbii qaz istehsalçısı ABŞ olub. ABŞ-ın istehsalı qlobal hasilatın təxminən 25 faizini təşkil edir və 37 751 milyard kubfut səviyyəsində qeydə alınıb.
Məlumata görə, ikinci yerdə Rusiya qərarlaşıb (22 672 milyard kubfut). İlk dördlükdə həmçinin İran (9 853 milyard kubfut) və Çin (9 111 milyard kubfut) yer alır.
Araşdırmada bildirilir ki, bu ölkələrin ardınca Kanada, Qəttər, Avstraliya və Norveç kimi enerji ixracatçıları gəlir.
Ekspertlərin fikrincə, qlobal təbii qaz istehsalında ciddi konsentrasiya müşahidə olunur və ilk dörd ölkə dünya bazarının böyük hissəsini formalaşdırır. ABŞ-ın hasilatında son illərdə artım əsasən şist qazı (shale gas) texnologiyalarının geniş tətbiqi ilə izah edilir.
Qeyd olunur ki, Yaxın Şərq regionunda davam edən geosiyasi gərginliklər və enerji nəqliyyat marşrutlarındakı risklər qlobal qaz bazarına təsir göstərməkdə davam edir. Bu isə sabit istehsal gücünə malik ölkələrin, xüsusilə ABŞ-ın, beynəlxalq enerji balansında rolunu daha da artırır.
MONETAR.AZ