Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ixrac göstəriciləri üzrə statistik məlumatlar beynəlxalq bazarda orta satış qiymətinin təxminən 67 dollar/barel səviyyəsində formalaşdığını göstərir.
Rəsmi göstəricilərə əsasən, hesabat dövründə ümumilikdə 5,08 milyon ton neft ixrac olunub və bunun qarşılığında 2,5 milyard ABŞ dolları həcmində gəlir əldə edilib. Hesablamalara görə, 1 ton neftin orta ixrac qiyməti təxminən 492 dollar təşkil edir. Enerji sektorunda qəbul edilən çevirmə əmsalına əsasən (1 ton ≈ 7,33 barel), bu göstərici 1 barel üçün orta hesabla 67 dollar deməkdir.
Ölkələr üzrə neftin orta ixrac qiyməti:
- İtaliya – 67,3 dollar/barel
- Çexiya – 70,7 dollar/barel
- Rumıniya – 65,5 dollar/barel
- Almaniya – 64,3 dollar/barel
- Portuqaliya – 68,5 dollar/barel
- Tunis – 70,2 dollar/barel
- Bolqarıstan – 70,7 dollar/barel
- Xorvatiya – 64,6 dollar/barel
- Türkiyə – 63,0 dollar/barel
- Fransa – 54,0 dollar/barel
- Digər ölkələr – 63,5 dollar/barel
Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində neftin qiyməti 65 dollar götürülüb.
MONETAR.AZ