Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının üzvləri Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz–Ağbənd avtomobil və dəmir yolu xəttinin tikintisinin gedişi ilə tanış olublar.
Nümayəndə heyəti Ağbənd qəsəbəsində Araz çayı üzərində inşa edilən körpüyə baxış keçirib və layihənin icra vəziyyəti barədə məlumat alıb.
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, Ağbənd qəsəbəsindəki körpü artıq hazırdır və yaxın vaxtlarda istismara veriləcək: “Hazırda hər iki tərəfdə sərhəd buraxılış məntəqəsinin tikintisi aparılır və o da tezliklə istifadəyə veriləcək”.
Öz növbəsində, Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk qeyd edib ki, yeni körpü həm “Şimal–Cənub”, həm də “Şərq–Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsidir: “Rusiya Federasiyası bu infrastrukturun mümkün qədər tez istifadəyə verilməsində maraqlıdır”.