Həcc ziyarəti ilə bağlı müraciət edənlərin nəzərinə

Həcc ziyarəti ilə bağlı

Qafqaz Müsəlmanları İdarəsi məlumatına görə, Azərbaycanda Həcc kvotası artıq 98% dolub.

Qurumun Xarici əlaqələr şöbəsinin rəhbəri Vüsal Cahangiri bildirib ki, kvota üzrə cəmi təxminən 2% boş yer qalıb və gözlənilir ki, bu gün ərzində kvota tam şəkildə tamamlanacaq.

Onun sözlərinə görə, kvota dolduğu halda sənəd qəbulu gün ərzində dayandırılacaq və qeydiyyatın başa çatmasından sonra əlavə məlumat veriləcək.

Məlumatda qeyd olunub ki, Həcc ziyarətinə ilk uçuş 17 may tarixində planlaşdırılır. Bu qrupda 180 zəvvar yer alacaq.

Bu il Həcc ziyarətinin qiyməti 6 100 ABŞ dolları (10 388 manat) təşkil edir.

Vüsal Cahangiri həmçinin bildirib ki, regional gərginliklər müraciət prosesinə təsir etməyib və qeydiyyat adi qaydada davam edir, imtina halları qeydə alınmayıb.