Beynəlxalq maliyyə və əmtəə bazarlarında son saatlar ərzində qiymət dəyişiklikləri müşahidə olunub.
Kriptovalyuta bazarında əsas artım “XRP”də qeydə alınıb. Belə ki, sözügedən rəqəmsal aktivin dəyəri 1,50 faiz yüksəlib. Eyni zamanda, Etherium 1,17 faiz, Binance Coin isə 1,15 faiz artım göstərib. Bitkoinin qiymətində isə ciddi dəyişiklik qeydə alınmayıb.
Kənd təsərrüfatı məhsulları üzrə ticarətdə isə azalma üstünlük təşkil edib. Portağal şirəsi 4,52 faiz ucuzlaşaraq ən çox dəyər itirən məhsul olub. Şəkər 2,84 faiz, kakao isə 1,92 faiz geriləyib. Bununla yanaşı, arpa 4 faiz, qarğıdalı 1,83 faiz, pambıq isə 1,46 faiz bahalaşıb.
Metallar bazarında isə litium karbonatın qiyməti 2,79 faiz artaraq lider mövqedə qərarlaşıb. Platin 1,48 faiz, silikon isə 1,20 faiz yüksəlib. Ən çox ucuzlaşan metal qızıl olub – onun qiyməti 0,95 faiz azalıb.
Enerji bazarında Avropa üzrə təbii qaz qiymətlərində eniş qeydə alınıb. Belə ki, Avropa təbii qazı 4,76 faiz, Böyük Britaniya üzrə qaz 4,66 faiz, Almaniya üzrə THE indeksli qaz isə 4,16 faiz ucuzlaşıb. Eyni zamanda, istilik yağı 3,22 faiz, benzin 1,15 faiz, metanol 1,06 faiz və “Brent” markalı xam neft 0,11 faiz bahalaşıb. WTI markalı xam neftin qiymətində isə ciddi dəyişiklik müşahidə olunmayıb.
MONETAR.AZ