Azərbaycanda Gürcüstandan avtomobil idxalı kəskin azalıb

Azərbaycanda Gürcüstandan avtomobil idxalı

Cari ilin I rübündə Azərbaycan Gürcüstan-dan 29,8 milyon ABŞ dolları dəyərində 919 ədəd minik avtomobili idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin xarici ticarət portalının məlumatları göstərir. Məlumatı APA agentliyi yayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkədən avtomobil tədarükü dəyər ifadəsində 41,15% azalıb, say baxımından isə 2 dəfədən çox geriləyib.

Yanvar–mart aylarında Gürcüstandan ümumilikdə 364,5 milyon ABŞ dolları dəyərində 14 237 ədəd minik avtomobili ixrac edilib ki, bunun 6,46%-i Azərbaycanın payına düşüb.